Napoli FK

Napoli FK
Società Sportiva Calcio Napoli
Loqonun şəkli
Klubun tam adı Società Sportiva Calcio Napoli
Ölkə İtaliya İtaliya
Ləqəb(lər) Gli Azzurri, Partenopei, Il Ciuccio
Rəng(lər) Mavi-Ağ
Yaranma tarixi 1 avqust 1926
Stadionu San Paolo stadionu
Tutumu 60240
Sahibi İtaliya Filmauro
Prezidenti İtaliya Aurelio De Laurentiis
Baş məşqçisi Fransa Rudi Qarsiya
Kapitanı İtaliya Lorenzo Insigne
Liqa İtaliya A Seriyası
2022-23 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Società Sportiva Calcio Napoliİtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy